İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
28 Oktyabr 2025 16:55
2 275
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMC Ankara Tank və Yeni Nəsil Zirehli Nəqliyyat Vasitələri İstehsal Zavodunun açılışı və ilk “Yeni Altay” tanklarının təhvil verilməsi mərasimində çıxışı zamanı ölkənin müdafiə sənayesi ilə bağlı yeni hədəfləri açıqlayıb.
APA-nın Türkiyə bürosunun məlumatına görə, Ərdoğan hər ay 8 “Altay” tankının istehsal olunacağını bildirib.
Prezident həmçinin qeyd edib ki, Türkiyə PUA istehsalı sahəsində dünyada üçüncü ölkə mövqeyini qoruyur.
“Hədəfimiz kritik materiallarda heç kimə bağlı olmamaqdır. 63 min kvadratmetr qapalı sahəyə malik seriya istehsal xəttimizdə hər ay döyüş meydanının qalası adlandırılan 8 ‘Altay’ tankı və 10 ‘Altuğ’ istehsal olunacaq,” – Ərdoğan vurğulayıb.