Ukraynada partlayış baş verib, dağıntılar altından iki nəfərin meyiti tapılıb Dünya

Ukraynada partlayış baş verib, dağıntılar altından iki nəfərin meyiti tapılıb

Ukraynanın Xmelnitski şəhərində qaz sızmasından yaşayış binasında baş vermiş güclü partlayış nəticəsində ən azı iki nəfər həlak olub.

APA xəbər verir ki, bu barədə “RBK-Ukraina” məlumat yayıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, xilasetmə xidməti əməkdaşları dağıntılar altında qalmış iki şəxsin meyitlərini aşkar ediblər.

Hazırda xilasetmə və yanğınsöndürmə briqadaları hadisə yerində axtarış işlərini davam etdirir.

Məlumata əsasən, partlayışın səbəbi araşdırılır. İlkin versiyaya görə, hadisə məişət qazının sızması nəticəsində baş verə bilər.

Hadisə nəticəsində bina qismən dağılıb, yaxınlıqdakı evlərə də ziyan dəyib.

Hüquq-mühafizə orqanları tərəfindən faktla bağlı istintaq başladılıb. Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.