İsrailin “ARKIA” aviaşirkətinin Bakıya ilk reysi qarşılanıb Dünya

İsrailin “ARKIA” aviaşirkətinin Bakıya ilk reysi qarşılanıb

İsrailin Azərbaycandakı səfiri Ronen Krausz “ARKIA” aviaşirkətinin Bakıya ilk reysini qarşılayıb.

APA xəbər verir ki, bu barədə İsrail Səfirliyi X-də paylaşım edib.

“İsrailin Azərbaycandakı səfiri Ronen Krausz, səfirin müavini Aviv Zell və konsul Pavel Levin Brener “ARKIA” aviaşirkətinin Bakıya ilk reysini qarşılayıblar. Uçuşların sayı İsrail və Azərbaycan arasında möhkəm münasibətlərin və sıx əlaqələrin bariz nümunəsidir”, - paylaşımda qeyd edilib.