Sahibə Qafarova: Azərbaycan və Türkiyə beynəlxalq məsələlərdə daim eyni mövqedən çıxış edirlər
Vüqar Rəhimzadə: Qayıdış ünvanlarının sayının artması Zəfər Gününün sevincinə sevinc qatır
Rəfsəncaninin qızına atasının ölümü ilə bağlı iddialarına görə məhkəmə işi açılıb
Azərbaycan və Qazaxıstan Ali məhkəmələri arasında memorandum imzalanıb
16:38
917
Polşa döyüş təyyarələrinin Baltik dənizi üzərində Rusiyanın kəşfiyyat təyyarəsini ələ keçirdiyi açıqlanıb.
Xalqcebhesi.az xəbər verir ki, Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığından verilən açıqlamada, kəşfiyyat missiyasını yerinə yetirən Rusiyaya məxsus “İl-20” tipli təyyarənin oktyabrın 28-də uçuş planı elan etmədən və transponderi söndürülərək beynəlxalq hava məkanında uçuş həyata keçirdiyi bildirilib.
Təyyarənin Polşa hava məkanını pozmadığı vurğulanan açıqlamada, "Polşa Hərbi Hava Qüvvələrinə aid iki MiQ-29 döyüş təyyarəsi Baltik dənizi üzərində uçan Rusiya təyyarəsini müvəffəqiyyətlə ələ keçirib, onu vizual olaraq müəyyən edib və məsuliyyət zonasını tərk edənə qədər müşayiət edib".
Bəyanatda yüksək döyüş hazırlığı, pilotların peşəkarlığı və hava hücumundan müdafiə sisteminin effektiv işləməsi sayəsində əməliyyatın tez, effektiv və təhlükəsiz şəkildə həyata keçirildiyi vurğulanıb.
Məryəm Quliyeva