İstintaq proseslərində uşaqlarla əlaqədar psixoloqun iştirakı tələbi qoyulur Cəmiyyət

İstintaq proseslərində uşaqlarla əlaqədar psixoloqun iştirakı tələbi qoyulur

Uşaqlar barəsində icraat zamanı qanunla müəyyən edilmiş qaydada uşağın işlə bağlı öz fikrini ifadə etmək hüququ var.
Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Uşaq hüquqları haqqında” yeni qanun layihəsində əksini tapıb.
Uşağın fikrinin öyrənilməsi prosesi informativ, uşağa hörmət əsasında, təhlükəsiz və uşaq məsələləri sahəsində hazırlıqlı mütəxəssis tərəfindən istiqamətləndirilən olmalıdır.
Bununla əlaqədar mülki və cinayət prosessual qanunvericiliyə də dəyişikliklər təklif olunur. Mülki Prosessual Məcəllə və Cinayət-Prosessual Məcəlləyə təklif edilən dəyişikliyə əsasən, mülki işlərdə uşaqların fikri öyrənilərkən, cinayət işlərində istintaq tədbirləri zamanı yetkinlik yaşına çatmamış şahidin və zərər çəkmişin dindirilməsi, üzləşdirilmə, ifadələrinin yerində yoxlanılması, istintaq eksperimenti, tədqiqat üçün nümunələrin götürülməsi zamanı digər şəxslərlə yanaşı psixoloqun iştirakı tələbi müəyyənləşir.