Polşa döyüş təyyarələri Rusiyanın kəşfiyyat təyyarəsini ələ keçirib Dünya

Polşa döyüş təyyarələri Rusiyanın kəşfiyyat təyyarəsini ələ keçirib

Polşa döyüş təyyarələri bu həftə ikinci dəfə Baltik dənizi üzərində kəşfiyyat uçuşu həyata keçirən Rusiya təyyarəsinin qarşısını alıb.

Xalqcebhesi.az-ın məlumatına görə, Polşanın müdafiə naziri və baş nazirin müavini Vladislav Kosiniak-Kamış mətbuat konfransında bildirib ki, Polşa Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcıları yerli vaxtla saat 08:49-da Baltik dənizində kəşfiyyat uçuşu həyata keçirən Rusiya ordusuna məxsus İL-20 qırıcı təyyarəsini ələ keçirib.

Kosiniak-Kamış Rusiya təyyarəsinin Polşa hava məkanını pozmadığını və bunun "bu həftə baş verən ikinci belə hadisə" olduğunu bildirib.

Polşaya qarşı təhlükənin ölkənin şərqindən, Rusiyadan gəldiyini bildirən Kosiniak-Kamış, "Bu gün kim anti-Almaniya və Ukrayna əleyhinə çıxışlar edirsə, bu cür fikirlər səsləndirirsə, Polşa dövlətinin maraqlarına zidd hərəkət edir" deyib.

Məryəm Quliyeva