Ərdoğan: Türkiyə Ukraynadakı münaqişənin həlli üçün səylərin davam etdirilməsini vacib hesab edir Dünya

Ərdoğan: Türkiyə Ukraynadakı münaqişənin həlli üçün səylərin davam etdirilməsini vacib hesab edir

Ankara Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün diplomatik səylərin davam etdirilməsini vacib sayır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya kansleri Fridrix Merzlə danışıqlardan sonra məlumat verib.

“Biz hesab edirik ki, Rusiya və Ukrayna arasındakı müharibənin ədalətli və uzunmüddətli nizamlanmasına nail olmaq üçün diplomatik səyləri davam etdirmək vacibdir”, - o bildirib.

Məryəm Quliyeva