İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
31 Oktyabr 2025 17:49
3 612
Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada səfərdə olan Estoniya xarici işlər naziri Margus Tsahkna ilə Türkiyənin Avropa İttifaqına qatılma prosesini müzakirə edib.
APA-nın Türkiyə bürosu xəbər verir ki, Hakan Fidan Türkiyənin Aİ-yə üzvlük prosesində göstərilən köməyə görə Estoniyaya təşəkkür edib.
Nazir Avropa İttifaqının daha qətiyyətli addım atmasının zəruri olduğunu vurğulayıb:
“Tez-tez vurğuladığımız bir məqam var: Zamanın ruhu, Türkiyə–Avropa İttifaqı münasibətlərinə uzunmüddətli maraqlarımız baxımından yanaşmağı zəruri edir. Cənab Prezident bu mövzuda iradəmizi açıq şəkildə ortaya qoyub. Eyni qətiyyəti Avropa İttifaqı tərəfi də nümayiş etdirərsə, Türkiyənin namizədlik prosesində yaşanan tıxanmaların aradan qaldırıla biləcəyinə inanırıq”.