Tramp şatdauna son qoymaq üçün Demokratlarla razılığa gəlməyəcəyini bildirib Dünya

Tramp şatdauna son qoymaq üçün Demokratlarla razılığa gəlməyəcəyini bildirib

ABŞ Prezidenti Donald Tramp Demokrat Partiyasından şantaj almağı və federal hökumətin bağlanmasına son qoymaq üçün razılığa gəlməyi planlaşdırmadığını bildirib.

APA xəbər verir ki, Tramp bu barədə “CBS News”a verdiyi müsahibədə danışıb.

Onun əvvəllər kompromisə getməkdə və bağlanmalardan yayınmaqda usta olduğunu deyən jurnalistin sözlərinə Tramp belə cavab verib:

"Mən bu işdə çox yaxşıyam. Amma mən bunu yolunu azmış Demokratların şantajına təslim olmaqla etməyəcəyəm. Bu insanlarda bir problem var".