İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
3 Noyabr 2025 10:50
1 757
Gürcüstana qanunsuz olaraq narkotik vasitə keçirən 1984-cü il təvəllüdlü Ermənistan vətəndaşı saxlanılıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gücüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata əsasən, “Sadaxlı” nəzarət-buraxılış məntəqəsində saxlanılan şəxsin idarə etdiyi avtomobilə keçirilmiş ətraflı baxış zamanı xüsusilə külli miqdarda – bir kiloqrama yaxın “klefedron” narkotik vasitəsi aşkarlanıb.
Ermənistan vətəndaşı xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi və saxlanılması, Gürcüstan ərazisinə qeyri-qanuni yolla gətirilməsində ittiham olunur. Bu cinayət əməli 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.