Armen Qriqoryan: Türkiyə ilə sərhədlərin açılması üçün bütün lazımi hazırlıqlar görülüb
Yaxın vaxtlarda Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycana səfər edəcək
Azərbaycan ilə BP enerji təchizatının təkmilləşdirilməsini müzakirə edib
Qriqoryan: Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycana səfər edəcək
11:19
917
SEPAH ötən il Tehranda sui-qəsd nəticəsində öldürülən HAMAS lideri İsmayıl Haniyənin qətlində daxili xəyanəti istisna edib.
APA İran mediasına istinadən xəbər verir ki, SEPAH-ın sözçüsü Əli Məhəmməd Naini Haniyənin yatağının altına qomba qoyulması versiyasını təkzib edib.
Onun sözlərinə görə, Haniyə telefon danışığı aparan zaman raket atəşinə məruz qalıb.
Naini Haniyənin öldürülməsinin SEPAH-ın daxilində xəyanət və ya təxribat nəticəsində olmadığını bildirib və HAMAS liderinin telefon siqnallarının onun olduğu yerin koordinatlarını aşkar etdiyini, raketlə hədəfə alındığını qeyd edib.
SEPAH-ın sözçüsü əlavə edib ki, Haniyə Qətərdə və ya Tehranın küçələrində də öldürülə bilərdi, lakin onun SEPAH-ın qonaq iqamətgahında öldürülməsi sırf bu hərbi qurumun nüfuzuna zərbə vurmağa hesablanmış bir addım olub.
Qeyd edək ki, HAMAS-ın sabiq lideri İsmayıl Haniyə 31 iyul 2024-cü ildə Tehranda sui-qəsd nəticəsində öldürülüb.
18:15
301
18:14
294
17:36
469