15:59
1 155
İsrail qüvvələri Qəzza zolağında atəş açıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Onun sözlərinə görə, bu, həm havadan, həm də yerdən eyni vaxtda həyata keçirilən dəqiq zərbə olub. Onun hədəfinin bir qrup fələstinli radikal olduğu deyilir.
Hadisə anklavın cənub hissəsində qeydə alınıb. İsrail tərəfinin bildirdiyinə görə, radikallar atəşkəs razılaşmalarına uyğun olaraq İsrail hərbçilərinin geri çəkildiyi sektorun içərisində sarı xətti keçiblər.
Eyni zamanda, ordu atəşkəs rejiminin pozulmasından söhbət getmədiyini vurğulayıb. Zərbə “qoşunlar üçün təhlükənin aradan qaldırılması” məqsədi daşıyırdı. Bəyanatda deyilir ki, İsrail ordusunun Qəzza zolağındakı bölmələri “atəşkəs razılaşmasına uyğun olaraq dislokasiya olunmuş vəziyyətdədir və istənilən ani təhdidlərə qarşı tədbirlər görməyə davam edəcək”.
Məryəm Quliyeva