Zəfər Paradı ilə əlaqədar marşrutların hərəkət sxemində dəyişiklik edilir
ABŞ noyabrın 5-də "Minuteman III" ballistik raketini sınaqdan keçirəcək
2026-cı il dövlət büdcəsinin layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib - YENİLƏNİB
Ermənistanda Türk dilini tədris etmək istəyən məktəblərin sayı artıb, kadr çatışmazlığı var
08:24
889
Ukrayna 2025-ci il ərzində iki silah satışı nümayəndəliyi açmağı planlaşdırır. Hər iki nümayəndəlik Avropa ölkələrində fəaliyyət göstərəcək.
APA “Ukrinform“ agentliyinə istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə söhbəti zamanı bildirib.
Zelenskinin sözlərinə görə, yeni nümayəndəliklər Ukraynada istehsal olunan və xarici tərəfdaşlarla birgə hazırlanmış silahların satışını həyata keçirəcək.
Prezident qeyd edib ki, ölkədə bu silahlardan kifayət qədər ehtiyat var və onların ixracı üçün Avropada sabit bazar yaradılır.