11:48
1 057
Mənim tərəfimdən Türkiyə Prezidentinin Ermənistana səfərinin mümkünlüyünü (2026-cı ilin mayında) şərh etmək düzgün olmazdı. Yalnız onu deyim ki, mən onu rəsmi dəvət etmişəm.
APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan bildirib.
Paşinyan ümid edir ki, bu dəvət qəbul olunacaq.
Qeyd edək ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan və Türkiyə prezidentlərinin gələn ilin yazında keçiriləcək VIII Avropa Siyasi Birliyinin sammitində iştirak etmələri üçün İrəvana dəvət olunduqlarını deyib.
Türkiyə Prezident Administrasiyasından isə bildirilb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirakı ilə bağlı hələlik konkretlik yoxdur. Qərarın tədbirin tarixinə yaxın bir zamanda verilməsi gözlənilir.