"Azərbaycanın İrana yardımı yalnız qonşu ölkəyə dəstək vermək deyil"
Azərbaycan səfirliyi Suriyada iftar süfrələri təşkil edib - FOTO
BƏƏ-də qalan 200-ə yaxın Azərbaycan vətəndaşı ölkəyə gətirilib - FOTO
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salınıb- YENİLƏNİB-1 - FOTO
7 Noyabr 2025 18:02
2 485
ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Nümayəndələr Palatasının sabiq spikeri Nensi Pelosinin Konqresdən getmək qərarını müsbət qarşılayıb.
APA xəbər verir ki, Tramp bununla bağlı özünün “Truth Social” hesabında paylaşım edib.
“Məni iki dəfə impiçment edən, uduzmuş qoca Nensi Pelosi çıxıb gedir. O, qeyri-qanuni olaraq səhm bazarında var-dövlət əldə edib, Amerika cəmiyyətini parçalayıb və bu, ölkə üçün fəlakət olub”, - Tramp bildirib.
Qeyd edək ki, ABŞ Konqresində 40 ilə yaxın San-Fransiskonu təmsil edən Nensi Pelosi mandatının sonunda Konqresdəki vəzifəsinə davam etmək istəmədiyini bəyan edib.