İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
12 Noyabr 2025 10:58
1 764
Ukraynanın ədliyyə naziri Qerman Qaluşenko vəzifəsindən azad edilib.
APA xəbər verir ki, bu barədə Ukraynanən Baş naziri Yulia Siviridenko özünün “X” hesabında məlumat verib.
“Bu səhər, hökumətin fövqəladə iclası keçirildi. Qerman Qaluşenko ədliyyə naziri vəzifəsindən azad olunması ilə bağlı qərar verildi. Hökumətin qərarı ilə ədliyyə nazirinin vəzifələrinin icrası ədliyyə nazirinin Avropaya İnteqrasiya məsələləri üzrə müavini Lyudmila Suqaka həvalə olunub”,- Siviridenko bildirib.
Qeyd edək ki, Qaluşenko bundan əvvəl korrupsiya ittihamları ilə əlaqədar olaraq yoxlanılmışdı.
Onun vəzifədən azad edilməsinin korrupsiya ilə bağlı olub-olmadığı açıqlanmayıb.