08:15
588
Nümayəndələr Palatası Senat tərəfindən əvvəllər təsdiq edilmiş, federal hökumətin maliyyələşdirilməsinin 30 yanvar 2026-cı ilə qədər davam etdirilməsi ilə bağlı qanun layihəsini dəstəkləyib.
APA xəbər verir ki, ABŞ qanunverici orqanının aşağı palatasında keçirilən səsvermə C-SPAN kanalında yayımlanıb.
222 nəfər qanun layihəsinin lehinə, 209-u isə əleyhinə səs verib. 10 noyabrda hakim Respublikaçı və müxalif Demokrat partiyalarının nümayəndələri ABŞ hökumətinin rekord müddətə bağlanmasına son qoymaq üçün tədbirlər barədə razılığa gəldikdən sonra qanun layihəsi Konqresin yuxarı palatasında təsdiqlənib.
Qeyd edək ki, qanun layihəsi indi imzalanması üçün ABŞ prezidenti Donald Trampa təqdim ediləcək.