13 Noyabr 12:41
10:26
539
Gürcüstanda qəzaya uğrayan C-130 yük təyyarəsində həlak olan 20 hərbçi üçün Mürted Hava Bazasında hərbi mərasim keçirilir.
APA-nın Türkiyə bürosunun məlumatına görə, mərasimdə hərbçilərin ailələri və yaxınları ilə yanaşı, siyasətçilər və Türkiyə Silahlı Qüvvələrinin komanda heyəti iştirak edir.
Qeyd edək ki, hərbçilərin 19-u bu gün dəfn ediləcək. Hava Pilot Yarbay Gökhan Korkmazın cənazəsi isə şənbə günü İstanbulda dəfn olunacaq.
Xatırladaq ki, noyabrın 11-də Azərbaycandan Türkiyəyə istiqamətlənən Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 20 hərbçinin hamısı həyatını itirib.