19:04
728
Ermənistanın Antikorrupsiya Apelyasiya Məhkəməsi iş adamı Samvel Karapetyanın həbs müddətini uzadıb.
APA-nın məlumatına görə, bu barədə Ermənistan mətbuatı xəbər yayıb.
Bildirilir ki, məhkəmə qərarına əsasən, Karapetyan barəsində həbs qətimkan tədbirinin müddəti daha 2 ay uzadılıb.
Qeyd edək ki, Karapetyan iyun ayında hakimiyyətin ələ keçirilməsi ilə bağlı ictimai çağırışlar etməsi ittihamı ilə həbs edilib.