Şimali Koreya Cənubi Koreyanın sualtı qayıq planlarına sərt reaksiya verib Dünya

Şimali Koreya Cənubi Koreyanın sualtı qayıq planlarına sərt reaksiya verib

Şimali Koreya Cənubi Koreyanın nüvə enerjisi ilə işləyən sualtı qayıqlar inşa etməsinin regionda "nüvə domino effekti" yaradacağı barədə xəbərdarlıq edib.

Xalqcebhesi.az xəbər verir ki, Pxenyan Vaşinqton və Seul arasında imzalanan və Cənubi Koreyaya nüvə enerjisi ilə işləyən sualtı qayıqların yaradılmasına icazə verdiyi bildirilən sazişi kəskin tənqid edib. Şimali Koreya rəsmi mediası iddia edir ki, bu addım təkcə Koreya yarımadasında deyil, bütün Asiya-Sakit okean regionunda hərbi təhlükəsizliyi pozacaq və idarəolunmaz nüvə vəziyyəti yaradacaq.
Şimali Koreya da iddia edir ki, Cənubi Koreya bu sualtı qayıqlar sayəsində “kvazinüvə dövlətinə” çevrilə bilər. Bu kontekstdə Pxenyan iddia edir ki, Vaşinqton Seula uranın zənginləşdirilməsi və yanacağın təkrar emalı hüququ verib və onun fikrincə, müqavilənin ruhunu pozur.

Məryəm Quliyeva