"ABŞ diplomatik dönüş yaratmaq istəyir"
18 Noyabr 18:59
18 Noyabr 18:59
18 Noyabr 16:38
18 Noyabr 15:15
18 Noyabr 13:51
08:40
791
ABŞ Prezidenti Donald Trampın administrasiyası Luiziana ştatında qanunsuz immiqrantlara qarşı böyük bir əməliyyat hazırlayır.
APA xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Departamentinin sənədlərinə istinadən “Associated Press“ (AP) məlumat verib.
Agentliyin məlumatına görə, "Bataqlıq Təmizləməsi" adlandırılan əməliyyat iki ay davam edəcək.
Növbəti bir neçə həftə ərzində Luiziana ştatının Yeni Orlean şəhərinə ən azı 250 sərhəd agenti göndəriləcək və ilk agentlər 21 noyabrda gələcək və lazımi avadanlıqları quraşdıracaq.
Əməliyyatın aktiv mərhələsinin 1 dekabrda başlaması gözlənilir. Əməliyyat qonşu Missisipiyə də genişləndirilə bilər.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarına təxminən 5000 nəfəri saxlamaq tapşırılıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp dəfələrlə immiqrasiya siyasətinin sərtləşdirilməsinə çağırıb.
O, Amerika tarixində qanunsuz immiqrantlara qarşı ən böyük deportasiya əməliyyatını həyata keçirmək niyyətində olduğunu bildirib.
Bu ilin yanvar ayının sonlarında Ağ Evə qayıtmasından bəri Nyu-York, Çikaqo (İllinoys) və Los-Anceles (Kaliforniya) kimi şəhərlərdə qanunsuz immiqrantlara qarşı genişmiqyaslı reydlər keçirilib.