İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
19 Noyabr 2025 08:41
1 750
ABŞ prezidenti Donald Tramp ölkəsinin Səudiyyə Ərəbistanına Vaşinqtonun əsas NATO-ya üzv olmayan müttəfiqi statusu verdiyini və krallıqla strateji müdafiə müqaviləsi imzaladığını açıqlayıb.
Tramp bu barədə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudun Vaşinqtona səfəri ilə bağlı Ağ Evdə keçirilən şam yeməyində danışıb.
"Bu, onlar üçün çox vacibdir. Bunu sizə indi deyirəm, çünki bu kiçik sirri bu gecəyə qədər saxlamaq istəyirdim. Bu gün onlar üçün daha bir qələbədir", - Tramp bildirib.
ABŞ prezidenti onu da qeyd edib ki, tərəflər tarixi strateji müdafiə müqaviləsi imzalayıb. O, müqavilənin təfərrüatlarını açıqlamayıb.