Polşa və NATO dron təhlükəsi səbəbindən qırıcıları havaya qaldırıblar Dünya

Polşa və NATO dron təhlükəsi səbəbindən qırıcıları havaya qaldırıblar

Polşa və NATO ölkələri, iddia edildiyi kimi, Ukraynada dron təhlükəsi səbəbindən qırıcı təyyarələrini havaya qaldırıblar.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı məlumat verib.

Komandanlıq təsdiqləyib ki, həm milli, həm də müttəfiq hərbi hava qüvvələri Polşanın hava məkanında fəal şəkildə fəaliyyət göstərir. Bu tədbirlər təhlükəsizliyin təmin edilməsi üçün qabaqlayıcı tədbir kimi həyata keçirilib.
Bu hadisələr Ukraynanın əksər hissəsində gecə hava hücumu xəbərdarlığı ilə üst-üstə düşüb.

Məryəm Quliyeva