12:03
609
İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Onun məlumatına görə, zəlzələnin episentri təxminən 355 min insanın yaşadığı Ambon şəhərindən 21 km şərqdə yerləşib. Zəlzələnin ocağı 128 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat verilməyib. Sunami təhlükəsi ilə bağlı heç bir məlumat verilməyib.
Məryəm Quliyeva