Azərbaycanla ABŞ Zəngəzur dəhlizi ilə bağlı əməkdaşlıq məsələlərini müzakirə ediblər
Milli Kitabxanada Cavanşir Quliyevin anadan olmasının 75 illiyi münasibətilə sərgi açılıb
İndoneziya D-8 ölkələri arasında media əməkdaşlığı üçün ortaq mərkəzlərin yaradılmasını dəstəkləyir
Sumqayıtda daha 207 mənzil kirayə mexanizmi çərçivəsində vətəndaşlara təklif ediləcək
11:15
343
İndoneziya D-8 ölkələri arasında media əməkdaşlığı üçün ortaq mərkəzlərin yaradılmasını dəstəkləyir.
APA xəbər verir ki, bunu İndoneziya Xarici İşlər Nazirliyinin çoxtərəfli məsələlər üzrə siyasi müşaviri Aqustaviano Sofian “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumunun açılış mərasimindəki çıxışında deyib.
“İndoneziya 2045-ci ilə qədər media sahəsi üçün geniş bir baxış formalaşdırıb. Bu baxışa görə, KİV sahəsində savadlılığın artırılması, texnologiyadan səmərəli istifadə olunması və etibarlı süni intellekt həllərindən yararlanmaq əsas prioritetlərdəndir.
İndoneziya rəqəmsal jurnalistikada ortaq qabiliyyətlərin inkişaf etdirilməsi, faktların yoxlanılması və dezinformasiyanın qarşısının alınması məqsədilə ortaq mərkəzlərin yaradılmasını, təcrübə mübadiləsinin aparılmasını və mədəni irsin təbliğini vacib hesab edir.
Bununla yanaşı, mediada süni intellektin istifadəsi, KİV təşkilatları arasında peşəkar əməkdaşlığın gücləndirilməsi və müxtəlif mübadilə proqramlarının həyata keçirilməsi də ölkənin media strategiyasının mühüm istiqamətlərini təşkil edir” İndoneziyalı qonaq bildirib