Finlandiya Prezidenti: Aİ-yə aid qərarlar ayrıca müzakirə olunacaq Dünya

Finlandiya Prezidenti: Aİ-yə aid qərarlar ayrıca müzakirə olunacaq

Finlandiya Prezidenti Aleksandr Stubb Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.

APA xəbər verir ki, bu barədə Stubb sosial media hesabında paylaşım edib.

Finlandiya Prezidenti bildirib ki, ABŞ və Ukrayna arasındakı Cenevrədə əldə edilən irəliləyişi alqışlayır:

“Bu səhər ilə Volodimir Zelenski ilə telefonla danışdım. ABŞ və Ukrayna arasında dünən Cenevrədə keçirilən görüşlərdə əldə edilən irəliləyişi alqışlayıram”.

Onun sözlərinə görə, Avropa İttifaqının səlahiyyətlərinə aid olan hər hansı bir qərar ayrı bir şəkildə müzakirə ediləcək:

“Danışıqlar irəliyə doğru bir addım idi, lakin hələ də həll edilməli olan əsas məsələlər var. Avropa İttifaqı və ya NATO-nun səlahiyyətlərinə aid olan hər hansı bir qərar Aİ və NATO üzvləri tərəfindən ayrı bir şəkildə müzakirə ediləcək və qərar veriləcək”.