Ərdoğan: Türkiyə Ukrayna ilə bağlı birbaşa təmasları asanlaşdırmağa hazırdır Dünya

Ərdoğan: Türkiyə Ukrayna ilə bağlı birbaşa təmasları asanlaşdırmağa hazırdır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə telefon danışığında bəyan edib ki, Türkiyə Rusiya və Ukrayna arasında birbaşa təmasları asanlaşdıracaq bütün təşəbbüsləri dəstəkləməyə hazırdır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədəTürkiyə Prezidentinin ofisi açıqlama verib.

"Prezident Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Görüşdə Türkiyə ilə Rusiya arasında ikitərəfli münasibətlər, Rusiya ilə Ukrayna arasındakı müharibə, eləcə də regional və qlobal məsələlər müzakirə olunub. Prezidentimiz bildirib ki, Türkiyə əvvəlki kimi bütün diplomatik təşəbbüslərə töhfə verməyə və tərəflər arasında birbaşa əlaqələri asanlaşdıracaq və bölgəmizdə davamlı sülhün yolunu açacaq planları asanlaşdırmağa hazırdır", - deyib.

Danışıqlar zamanı Ərdoğan həmçinin bəyan edib ki, “Türkiyə ədalətli və qalıcı sülh əldə etməklə Rusiya-Ukrayna müharibəsini sona çatdırmaq üçün səylərini davam etdirəcək”.

Məryəm Quliyeva