18:25
532
Ermənistanın Baş naziri Nikol Paşinyanın qərarı ilə ərazi idarəetmə və infrastruktur naziri Davud Xudatyan Özbəkistanda keçiriləcək beynəlxalq konfransda iştirak edəcək.
Bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, nazir noyabrın 26-28 aralığında Özbəkistanda keçiriləcək Transxəzər nəqliyyat dəhlizi və kommunikasiya sahəsinə sərmayələrlə bağlı beynəlxalq konfransda iştirak edəcək.