Ukraynanın PUA hücumundan sonra Taqanroqda fövqəladə vəziyyət elan edilib Dünya

Ukraynanın PUA hücumundan sonra Taqanroqda fövqəladə vəziyyət elan edilib

Ukraynanın Rusiyanın Rostov vilayətinin Taqanroq şəhərinə PUA hücumundan sonra şəhərdə fövqəladə vəziyyət elan edilib.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Taqanroq meri Svetlana Kambulova bildirib.

Onun sözlərinə görə, ötən gecə baş verən dron hücumundan sonra zədələnmiş obyektlər ərazisində fövqəladə vəziyyət elan edilib.

Rostov qubernatoru Yuti Slyusyar Taqanroq şəhərinə gecə baş verən dron hücumu nəticəsində üç dinc sakinin öldüyünü açıqlayıb.