12:01
658
Çin sədri Si Cinpinlə ABŞ prezidenti Donald Tramp arasında söhbət konstruktiv olub və müsbət və dostluq şəraitində keçib.
Xalqcebhesi.az xəbər verir ki, bunu brifinqdə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq iki ölkə başçıları arasında bir gün əvvəl baş vermiş telefon danışığını şərh edərkən bildirib.
"Telefon danışığının ab-havası müsbət, dostluq və konstruktiv olub. İki dövlət başçısı arasında qarşılıqlı maraq doğuran məsələlər üzrə təmaslar Çin-Amerika münasibətlərinin sabit inkişafı üçün mühüm əhəmiyyət kəsb edir".
Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi də telefon danışığının Amerika tərəfinin təşəbbüsü ilə baş verdiyinə aydınlıq gətirib.
Məryəm Quliyeva