Boçorişvili: Gürcüstan Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını alqışlayır Dünya

Boçorişvili: Gürcüstan Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını alqışlayır

Gürcüstan Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesindəki dinamikanı alqışlayır.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili “Birinci kanal”a müsahibəsində deyib.

Onun sözlərinə görə, bu proses regionda sülh, sabitlik və inkişaf üçün vacibdir, həmçinin bölgənin Orta Dəhlizdəki rolunun daha da möhkəmlənməsinə töhfə verəcək.

Boçorişvili Gürcüstanın regiondakı prosesləri müşahidə etdiyini, Azərbaycan və Ermənistanla çox sıx kommunikasiyalarının olduğunu vurğulayıb.