“Neft ixracı sülh yolunu açır”
9 Yanvar 22:15
9 Yanvar 22:15
9 Yanvar 22:05
9 Yanvar 21:59
9 Yanvar 21:45
Ruslan Məmmədov "Combat" Peşəkar Döyüş Liqasının prezidenti seçildi!
Qüdrət Həsənquliyev: “Fransa, Almaniya və Britaniya vahid mövqedən çıxış etsə…”
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb - FOTOLENT
27 Noyabr 2025 10:58
1 337
ABŞ Gürcüstana münasibətdə siyasətini hələ tam formalaşdırmayıb.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili “Birinci kanal”a müsahibəsində deyib.
Onun sözlərinə görə, ABŞ mühüm proseslərdə iştirak edir, çoxlu enerji, səy və vaxt tələb edən qlobal problemlərin həlli ilə məşğul olur.
“Biz Gürcüstanın ABŞ-ın gündəmində o qədər də vacib yer tutmadığını görürük. Gürcüstan ABŞ ilə konkret məzmunlu strateji münasibətlərin qurulmasına çalışır və bu, dialoqun predmetidir”, - nazir əlavə edib.
Boçorişvili Gürcüstan-ABŞ münasibətlərinin yenidən qurulmasının müəyyən mərhələdə gündəmdə olacağına və müsbət qərarın əldə olunacağına ümidvarlıq ifadə edib.
Qeyd edək ki, ABŞ Gürcüstanla 2009-cu ildə əsası qoyulan strateji tərəfdaşlığı ötən ilin noyabrın 30-da dayandırıb. Vaşinqton bu qərarı Gürcüstan hökumətinin Avropa İttifaqına üzvlüklə bağlı danışıqları 2028-ci ilədək gündəmə gətirməyəcəyini elan etməsindən sonra qəbul edib.
11 Yanvar 15:09
1 106
11 Yanvar 15:07
966
11 Yanvar 12:27
1 239