Şri-Lankada daşqın və sürüşmə nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb Dünya

Şri-Lankada daşqın və sürüşmə nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb

Şri-Lankada leysan yağışlar nəticəsində torpaq sürüşməsi, daşqın və qar uçqunları nəticəsində 30-dan çox insan həlak olub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Edilməsi Mərkəzi məlumat yayıb.

"Noyabrın 17-dən etibarən ölkə üzrə əlverişsiz hava şəraiti nəticəsində ölənlərin sayı 31-ə çatıb. Daha 10 nəfər xəsarət alıb, 14 nəfər isə itkin düşüb. Həmçinin ölkə üzrə leysan yağışlar, daşqınlar və güclü külək nəticəsində 4000-dən çox insan zərər çəkib", - deyə mərkəzdən bildirilib.

Son günlər ən çətin vəziyyət adanın şərqində əksər bölgələrdə xilasetmə əməliyyatlarının və təxliyyələrin davam etdiyi Bədulla rayonunda yaranıb.
Əcnəbilər və turistlər arasında ölən və yaralananlar barədə məlumat yoxdur.

Məryəm Quliyeva