Rəsmi Moskva: Stiv Uitkoffun Moskvaya səfəri qüvvədə qalır Dünya

Rəsmi Moskva: Stiv Uitkoffun Moskvaya səfəri qüvvədə qalır

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Rusiyaya səfəri əvvəlki kimi qüvvədədir, bunu şübhə altına almaq üçün heç bir səbəb yoxdur.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Onun sözlərinə görə, Rusiya Uitkoffun Ukrayna ilə bağlı Moskvaya gətirəcəyi təkliflərlə işləyəcək.

Rusiyalı nazir müavini vurğulayıb ki, Avropa ölkələri Ukrayna sülh sazişi üzrə gələcək irəliləyişi pozmağa çalışmağa davam edir.

Ryabkov Moskva və Vaşinqton arasında mümkün məhbus mübadiləsindən də danışıb. O qeyd edib ki, bu mövzu ilə bağlı Rusiya ilə ABŞ arasında vaxtaşırı təmaslar olur, lakin hazırda bu mövzuya xüsusi diqqət yoxdur.

Qeyd edək ki, Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun gələn həftə Moskvaya səfər edəcəyini bildirib.