Rusiya Polşanın İrkutskdakı Baş Konsulluğunu bağlayır Dünya

Rusiya Polşanın İrkutskdakı Baş Konsulluğunu bağlayır

Dekabrın 30-dan etibarən Rusiya Polşa Baş Konsulluğunun İrkutskda fəaliyyət göstərməsi ilə bağlı verdiyi razılığı ləğv edir.

Xalqcebhesi.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Departamentdən verilən məlumata görə, noyabrın 27-də Polşanın Rusiya Federasiyasındakı səfiri Kşiştof Krayevski Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Ona Polşanın İrkutskdakı diplomatik missiyasının bağlanması barədə bildiriş notası təqdim edilib.

Nazirliyin açıqlamasında deyilir: "Polşa hakimiyyətinin 23 dekabr 2025-ci il tarixindən etibarən Qdanskdakı Rusiya Baş Konsulluğuna verdiyi razılığı ləğv etməsinə cavab olaraq, Rusiya tərəfinin 30 dekabr 2025-ci il tarixindən etibarən İrkutskdakı Polşa Baş Konsulluğuna verdiyi razılığı ləğv etmək qərarına gəldiyi bildirilən nota təqdim edilib".

Məryəm Quliyeva