20:59
462
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Moskva Avropa şirkətlərinin Rusiya bazarına qayıtmasına hazırdır, lakin bu, artıq yeni reallıqlar nəzərə alınmaqla mümkündür.
O, bunu “Nomad TV”yə müsahibəsində deyib.
Putinin sözlərinə görə, Qərb şirkətlərinin tərk etdiyi bir çox sahələr artıq Rusiya, MDB və Aİİ ölkələrinin istehsalçıları tərəfindən doldurulub.
“Biz bu etibarlı və sabit tərəfdaşların ziyanına heç nə etməyəcəyik. Amma dialoqa hər zaman açığıq və bunu hər kəslə aparmağa hazırıq”, — dövlət başçısı vurğulayıb.
21:34
217
20:39
511
18:41
868