“Tənzilə Rüstəmxanlı: Sülh prosesi başlayıb”
27 Noyabr 22:39
27 Noyabr 22:39
27 Noyabr 21:12
27 Noyabr 20:55
08:16
217
Tramp “sülh planını” Vens və Rubionun dəstəyindən sonra irəli sürməyə başlayıb
ABŞ Prezidenti Donald Tramp keçən həftə Ukrayna üzrə yeni “sülh planının” irəlilədilməsi üçün son mərhələ danışıqlarına start verib.
AAP xəbər verir ki, bu barədə administrasiyadakı mənbələrə istinadən "Axios" məlumat yayıb.
Məlumata görə, proses vitse-prezident Ceyms Di Vens və dövlət katibi Marko Rubionun 28 maddəlik planın real irəliləyişə səbəb ola biləcəyi barədə verdiyi qiymətləndirmələrdən sonra sürət qazanıb.
Həlledici görüş 18 noyabrda Ağ Evdə keçirilib və məhz həmin görüş Cenevrədə aparılan danışıqların əsasını təşkil edib. Bildirilir ki, həmin gün Tramp ABŞ ordusunun naziri Den Driskolla sözügedən təklifi Ukrayna tərəfinə çatdırmağı tapşırıb.
Qeyd olunur ki, Tramp elə o vaxt Ukraynanın döyüş qabiliyyəti və ordunun ruh yüksəkliyini qiymətləndirmək üçün Kiyevə səfər etməyi də planlaşdırırdı.