Honq Konqda yaşayış kompleksində yanğında ölənlərin sayı 128-ə çatıb Dünya

Honq Konqda yaşayış kompleksində yanğında ölənlərin sayı 128-ə çatıb

Honq Konqda yaşayış kompleksində baş verən yanğın nəticəsində ölənlərin sayı artıb.

APA CNN-ə istinadən xəbər verir ki, yanğında ölənlərin sayı 128 nəfərə çatıb.

Qeyd edək ki, noyabrın 26-da günorta saatlarında dünyanın ən sıx məskunlaşan və ən çox hündür binaların yerləşdiyi şəhərlərdən olan Honq Konqun Tay Po rayonundakı səkkiz binadan və təxminən 2 min mənzildən ibarət yaşayış kompleksində güclü yanğın baş verib.

Yanğının binaların üzlüyünün yenilənməsi üçün istifadə olunan bambuk ayaqaltılarında başladığı və güclü küləyin təsiri ilə sürətlə yayıldığı bildirilir.