"Rusiya məhz Putinin yersiz eqoizminə görə yeni dünya düzənində epizodik rol alacaq” Dünya

"Rusiya məhz Putinin yersiz eqoizminə görə yeni dünya düzənində epizodik rol alacaq”

Rusiya prezidenti mətbuat konfransında sülh planını şərh edərkən bildirdi ki, Moskva heç bir güzəştə getməyəcək. Putin son mövqeyi ilə hələ də, ərazi iddiasından imtina etmədiyini bir daha nümayiş etdirdi. Rusiya prezidentinin əvvəlki barışdırıcı tonu da yoxa çıxıb. Trampın xüsusi nümayəndəsi Uitkoffun növbəti həftə Moskvaya səfər edəcəyi gözlənilir. Rusiya prezidentinin son mövqeyi danışıqlar prosesində hər hansı irəliləyişin gözlənilmədiyi qənaətini yaradır. Belə olan təqdirdə ABŞ-ın təklif etdiyi sülh planı əhəmiyyətsiz kağız parçasına çevrilə bilərmi? – sualı ilə politoloq Bakir Həsənbəyliyə müraciət etdik.

B.Həsənbəyli bildirdi ki, Tramp xarakter etibarı ilə dəyişkəndir. Putin Trampın bu xarakteri ilə məharətlə oynayır. Öz prinsiiplərini ABŞ prezidentinə xoş sözlər konteksində sırımağı bacarır. Lakin artıq dünya Putin və o, zehniyyətin daşıyıcılarının əsirinə çevriləcək mərhələni çoxdan keçib. ABŞ mürəkkəb idarəçilik prinsipi ilə idarə olunan dövlətdir. Yəni bir nəfərin drijor çubuğu bu dövlətdə keçərli deyil. Əgər prezident dövlətin uzun müddətli strategiyasına qarşı ortaya iradə qoyarsa, o, zaman impiçment məsələsi gündəmə gələ bilər.

Məhz bu kimi amilləri nəzərə alsaq Putinin son hərəkətləri siyasətin maksimum istə, minimuma nail ol prinsipi ilə əlaqədardır. Lakin Rusiyanın iqtisadi çöküşü ilə bağlı artıq start verilib. Bu münaqişənin yeganə qalibi sonda ABŞ olacaq. Rusiya dövləti məhz Putinin yersiz eqoizminə görə yeni dünya düzənində epizodik rol alacaq. Artıq dünya ABŞ-ın da istədiyi kimi olmayacaq. İkiqütblü dünya projesi sona çatır. Bütün bu amilləri nəzərə alsaq Putinin iddiaları daha çox daxili auditoriya üçündür. Uzun bir müharibə.

Yüz minlərlə ölü və yaralı. İqtisadi böhran. Hərbi və maliyyə resurslarının böyük qisminin məntiqsiz sərfiyyatı və s. Bütün bunlar Putinin cavab verməli olacağı nüanslardır.

Cavid