Ermənistan və Türkiyə nümayəndələri sərhəddə Qars-Gümrü dəmir yolunun bərpasını müzakirə edib
Qəbələdə Azərbaycan-Ermənistan delimitasiya komissiyasının növbəti görüşü keçirilib
Paşinyanın müavininin başçılıq etdiyi Ermənistan nümayəndə heyəti Azərbaycana səfər edib
Ramiz Mehdiyev Dil Komissiyası sədrinin müavini vəzifəsindən azad edilib
19:49
182
Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak istefa verib.
APA Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski videomüraciətində bildirib.
Zelenskinin sözlərinə görə, Yermak istefa ərizəsi yazıb.
O, Andrey Yermaka təşəkkür edib.
“Yeni Ofis rəhbərinə gəlincə, sabah bu quruma rəhbərlik edə biləcəklərlə məsləhətləşəcəyəm”, - Zelenski vurğulayıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakın hökumət məhəlləsindəki mənzilində axtarış aparılıb.
Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğunun (SAP) onun mənzilində axtarış apardığını təsdiqləyib.