İsrail və Misir kəşfiyyat rəhbərləri Qəzza məsələsini müzakirə ediblər Dünya

İsrail və Misir kəşfiyyat rəhbərləri Qəzza məsələsini müzakirə ediblər

İsrailin daxili kəşfiyyat agentliyi olan Şin-Betin (Şabak) direktoru David Zini Qəzza dosyesini və atəşkəs razılaşmasının ikinci mərhələsi ilə bağlı danışıqları müzakirə etmək üçün Qahirədə Misirin Baş Kəşfiyyat Xidmətinin rəhbəri Həsən Rəşadla görüşüb.

APA xəbər verir ki, bu barədə İsrail dövlət televiziyası KAN məlumat yayıb.

Televiziyanın adı açıqlanmayan mənbəyə istinadən verdiyi məlumata görə, Zini bazar günü Misirə səfər edib və Rəşadla görüşüb.

Məlumatda həmçinin bildirilir ki, bu, Zininin oktyabr ayında vəzifəyə başlamasından bəri ilk xarici səfəridir.

Görüşdə Qəzzadakı mövcud vəziyyət və atəşkəs razılaşmasının ikinci mərhələsi ilə bağlı müzakirələr aparılıb. Lakin danışıqların məzmunu ilə bağlı heç bir təfərrüat paylaşılmayıb.