28 Noyabr 23:42
28 Noyabr 23:32
28 Noyabr 23:21
10:45
560
Ukrayna Prezident Administrasiyasının (PA) keçmiş rəhbəri Andrey Yermak istefasından bir gün sonra Prezident Volodimir Zelenski ilə görüşüb.
APA xəbər verir ki, bu barədə “RBC-Ukraina" nəşri məlumat yayıb.
Nəşrin mənbələrinin sözlərinə görə, istefa Yermak üçün ciddi zərbə olub. Onların bildirdiyinə görə, Zelenski ilə aralarında çətin danışıq baş tutub.
“Qərar verildikdən dərhal sonra Yermak istefa ərizəsini yazıb, tez bir zamanda əşyalarını toplayıb. Ertəsi gün isə yenidən Bankovaya gəlib – sadəcə danışmağa. Axı onun və Zelenskinin uzun illik birgə yolu var”, – materialda vurğulanır.
“RBC-Ukraina"nın məlumatına görə, hazırda Andrey Yermakın yerinə ən çox müzakirə olunan namizəd arasında müdafiə naziri Denis Şmıqal, nazir Mixail Fedorov, Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov və Prezident Administrasiyası rəhbərinin müavini Pavel Palisa yer alır.
Qeyd edək ki, evində keçirilən axtarışlardan sonra Zelenski Yermakın istefa ərizəsi yazdığını açıqlayıb. Bir qədər sonra dövlət başçısının PA rəhbərinin vəzifədən azad olunması barədə sərəncam imzaladığı məlum olub.
"Nyu-York Post" nəşri isə Yermakın cəbhəyə getmək qərarı verdiyini bildirib.
Eyni gündə keçmiş PA rəhbəri “Financial Times”a müsahibə verərək Zelenskiyə qarşı heç bir incikliyinin olmadığını deyib. O, prezidentlə dostluqlarının bundan sonra da davam edəcəyini vurğulayıb.