Gürcüstandan bu il mindən çox miqrant qovulub Dünya

Gürcüstandan bu il mindən çox miqrant qovulub

Bu ilin 11 ayında Gürcüstandan 1 131 nəfər qanunsuz miqrant qovulub.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında bildirib.

O qeyd edib ki, bu göstərici son 7 ilin ümumi göstəricisinə uyğundur.

Kobaxidze deyib ki, Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin iş effektivliyi ciddi şəkildə artıb.

“Departamentin daha da gücləndirilməsinə ehtiyac yaranıb və bu istiqamətdə fəal iş aparılır. Əlbəttə ki, bu, qanunsuz miqrasiya istiqamətində gələcək fəaliyyətə təsir göstərəck. Daxili İşlər Nazirliyinin təqdim etdiyi plana əsasən, növbəti ildə Gürcüstandan ən azı 3 500 qanunsuz miqrant çıxarılacaq”, - Baş nazir əlavə edib.

Hökumət başçısı vurğulayıb ki, Gürcüstanda qeyri-qanuni miqrantlarla bağlı problem 3-4 ildən sonra tam aradan qaldırılacaq.