Kreml Bəşər Əsədin Rusiyada olması ilə bağlı heç bir məlumat verə bilmir
Eçmiədzin rəsmisi: II Qaregin katolikos taxtını tərk etməyi düşünmür
Kreml: Ukraynanın Qara dənizdə tankerlərə endirdiyi zərbələr Türkiyənin suverenliyinə qarşı qəsddir
Zelenski Ukrayna-ABŞ danışıqlarına münasibət bildirib: Hələ üzərində işləniləsi çətin məsələlər var
13:34
455
Ötən gün Gürcüstanın Kutaisi şəhərində odlu silahla insanlara atəş açan şəxs saxlanılıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib.
Əvvəllər məhkum edilmiş 1978-ci il təvəllüdlü şəxs Gürcüstan-Türkiyə sərhədindəki “Sarpi” sərhəd-keçid məntəqəsində yaxalanıb.
Faktla bağlı istintaq tədbirləri davam etdirilir. Törədilmiş cinayət əməlinə görə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulur.
Qeyd edək ki, hadisə nəticəsində üç nəfər yaralanıb. Onlardan biri xəstəxanada ölüb.