15:21
469
İki Cənubi Koreya vətəndaşı qaçaqmalçılıqda şübhəli bilindiklərinə görə İranda həbs olunub.
APA xəbər verir ki, bu barədə Cənubi Koreyanın xarici işlər nazirliyi məlumat yayıb.
“İrandakı diplomatik missiyamız iranlı rəsmilərlə məsələ ilə bağlı əlaqə saxlayır və vətəndaşlarımıza lazımi konsul dəstəyi göstərməyə davam edəcək” nazirlik bildirib.
İran mediası isə sözügedən Cənubi Koreya vətəndaşlarının bir İran vətəndaşı ilə birlikdə noyabrın 20-də həbs olunduğunu yazır.
Məsələnin detalları ilə bağlı ətraflı məlumat verilməyib.