15:41
455
Rusiyanın ən varlı biznesmenlərinin sərvəti bu ilin əvvəlindən 18,1 milyard dollar artıb.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinin şirkətlərin səhmlərinin dəyəri əsasında hesablanan “Milyarderlər İndeksi”ndə (Bloomberg Billionaires Index) qeyd olunub.
Siyahıya görə, Rusiyanın ən böyük dəmir filizi istehsalçısı “Metalloinvest”in səhmdarı Alişer Usmanov ilin əvvəlindən 5,32 milyard dollar qazanıb və onun sərvəti 18,5 milyard dollara çatıb. Ural Mədən və Metallurgiya Şirkətinin (UGMK) qurucusu İskəndər Mahmudovun sərvəti isə 4,43 milyard dollar artaraq 7,56 milyard dollar olub.
“Telegram” messencerinin həmtəsisçisi Pavel Durov ilin əvvəlindən 2,44 milyard dollar qazanıb və onun sərvəti 13,4 milyard dollara yüksəlib. “Wildberries” onlayn satış platformasının yaradıcısı Tatyana Kim isə 654 milyon dollar gəlirlə sərvətini 8,03 milyard dollara çatdırıb.
Ən böyük itkiləri NLMK polad istehsalı şirkətinin sədri Vladimir Lisin verib – onun sərvəti 3,07 milyard dollar azalaraq 22,8 milyard dollara düşüb.