22:00
455
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İsrailin Suriya hakimiyyəti ilə dialoqu davametdirməsi “son dərəcə vacibdir".
Ağ Ev rəhbəri bu barədə Truth Social hesabında yazıb.
“İsrail üçün Suriya ilə möhkəm və səmimi dialoqu qorumaq çox önəmlidir. Suriyanın inkişaf edib çiçəklənən dövlətə çevrilməsinə heç nə mane olmamalıdır”, - Tramp qeyd edib.
ABŞ liderinin sözlərinə görə, Yaxın Şərqdə mövcud vəziyyət “tarixi imkan” yaradır və regionun gələcək inkişafı üçün həlledici məqam ola bilər.