“Təhsilinlə fərqlən: Qlobal təcrübə, milli dəyər” adlı tədbir keçirilib
Əhməd Əl Şaraa Prezident İlham Əliyevə zəng edib, təmasların davamı ilə bağlı razılıq əldə olunub
Füzulinin Qarğabazar kəndindəki karvansara və məscidin təmiri üçün satınalma proseduruna başlanılıb
Stubb Azərbaycan Prezidentinə zəng vurub, İranın hücumu ilə əlaqədar dəstəyini ifadə edib
2 Dekabr 2025 17:39
1 953
Rusiya bayrağı altında üzən “Midvolqa 2” gəmisi Gürcüstanın dəniz limanlarına daxil olmaq üçün qeydiyyata alınmayıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Dəniz Nəqliyyatı Agentliyinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, gəminin Gürcüstan limanına istiqamət götürməsi barədə məlumat hər hansı bir fakta əsaslanmayıb.
“Gəminin Türkiyə sahilinin 80 kilometrliyində hücuma məruz qaldığı barədə məlumatlar yayılıb. Həmçinin bildirilib ki, gəminin təyinat limanı Gürcüstan limanıdır. Gəminin Gürcüstanın dəniz limanlarına daxil olması üçün qeydiyyatı aparılmayıb, onun yaxınlaşması barədə “Vahid dənizçilik pəncərəsi” milli sistemində heç bir bildiriş yoxdur”, - məlumatda deyilir.
Qeyd edək ki, Türkiyə Dənizçilik Baş İdarəsi Qara dənizdə Gürcüstana günəbaxan yağı aparan Rusiya gəmisinə dron zərbəsi endirildiyi barədə məlumat yayıb.