Rusiya ordusu Ukraynanın qaz infrastrukturuna dağıdıcı zərbə endirib
KİV: Uitkoff Putinlə danışıqlardan sonra Avropada Zelenski ilə görüşəcək
Mirzoyan: Türkiyə ilə sərhədin açılması regionun arxitekturasını əhəmiyyətli şəkildə dəyişə bilər
İrlandiya Ukraynaya əlavə 125 milyon avro məbləğində vəsait ayıracaq
"Kəpəz" klubu əlilliyi olan şəxslərlə bağlı xüsusi tədbir təşkil edib
19:01
462
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və onunla birlikdə Moskvaya səfər edənCared Kuşner Rusiya Prezidenti Vladimir Putinlə görüşdükdən sonra Avropaya gedəcəklər.
Bu barədə “Axios” anonim mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, amerikalı nümayəndələr hələlik adı açıqlanmayan bir Avropanın ölkəsində Ukrayna lideri Volodimir Zelenski ilə görüşərək onu Putinlə müzakirələr barədə məlumatlandıracaqlar.
Qeyd edək ki, Uitkoff və Kuşner Putinlə Ukrayna münaqişəsinin həlli ilə bağlı planı müzakirə etmək üçün Kremlə gediblər.