“Avropa-Rusiya qarşıdurması qaçılmaz görünür”
2 Dekabr 21:02
2 Dekabr 21:02
2 Dekabr 20:44
2 Dekabr 20:30
13:53
448
"Putin ABŞ-ın sülh planını rədd etməyib".
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Putinin ABŞ-ın sülh planını rədd etməsi ilə bağlı açıqlama düzgün deyil.
Peskovun fikrincə, Rusiya-ABŞ danışıqları sükut içərisində aparılsa, daha yaxşıdır: "ABŞ ilə danışıqlar nə qədər sakit olarsa, bir o qədər məhsuldar olacaq. Moskva Ukraynada nizamlanmaya nail olmaq səylərinə görə Vaşinqtona minnətdardır. Rusiya nümayəndələri Ukraynada sülh yolu ilə nizamlanmaya nail olmaq üçün lazım olduğu müddətcə ABŞ həmkarları ilə görüşməyə hazırdırlar".
Kremlin sözçüsü bildirib ki, Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı istənilən vaxt mümkündür, lakin hələlik nəticələr ekspert səviyyəsində əldə edilməlidir.
Peskov deyib ki, dünən ilk dəfə Rusiya və ABŞ arasında sülh planı ilə bağlı birbaşa fikir mübadiləsi baş tutub, bəzi məqamlar qəbul edilib, digərləri isə qəbuledilməz hesab edilib: "Kreml ümid edir ki, ABŞ, Rusiya kimi, Ukrayna danışıqları ilə bağlı detalları açıqlamayacaq".